Ukraynada karantin rejimi başa çatır
28-06-2023, 15:41
65

Ukraynada karantin rejimi başa çatır


İyulun 1-dən Ukraynada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin və fövqəladə rejim başa çatacaq.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı bildirib.

“İyulun 1-dən biz koronavirus pandemiyası ilə əlaqədar karantin və fövqəladə rejimə son qoyuruq. COVID-19 ukraynalılar üçün çətin sınaq olub. Bütün bu müddət ərzində bizim bütün qərarlarımız insanların həyatını xilas etməyə yönəlib”, - Şmıqal bəyan edib.

Baş nazir qeyd edib ki, pandemiya zamanı hökumət genişmiqyaslı müharibə zamanı faydalı olan cavab mexanizmlərini işləyib hazırlayıb.

“İndi biz yeni üsul və yanaşmalarla silahlanmış yeni çağırışlara cavab veririk. Bütün bu illər ərzində pandemiya ilə fədakarlıqla mübarizə aparan və onun nəticələrini minimuma endirmək üçün hər şeyi edən həkimlərə təşəkkür edirəm”, - hökumət başçısı deyib.

Xatırladaq ki, 2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adanom Qebreyesus 2020-ci ilin mart ayında koronavirus ilə əlaqədar elan edilmiş ictimai səhiyyə üzrə fövqəladə vəziyyətin başa çatdığını elan edib.

Oxşar xəbərlər