Çavuşoğlu Azərbaycan-Ermənistan sülh sazişi barədə: “Bu, Türkiyə-Ermənistan münasibətlərinə təsir edəcək”
27-05-2023, 17:25
32

Çavuşoğlu Azərbaycan-Ermənistan sülh sazişi barədə: “Bu, Türkiyə-Ermənistan münasibətlərinə təsir edəcək”



“Hərtərəfli sülh sazişinin imzalanmasında fayda var”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

“Biz həmişə bu prosesi dəstəkləmişik. Uzunmüddətli sülh üçün ərazi bütövlüyünün tanınması önəmlidir. Hərtərəfli sülh sazişinin imzalanmasında fayda var. Hadisələr Türkiyə-Ermənistan münasibətlərinə də təsir edir. Atılacaq hər bir müsbət addım Türkiyə ilə Ermənistan arasındakı münasibətləri də müsbət mənada yaxşılaşdıracaq”, - deyə Çavuşoğlu qeyd edib.

Oxşar xəbərlər