Kılıçdaroğlu ilə Paşinyanın müqayisəsi: Rusiyadan baxış
27-05-2023, 17:12
29

Kılıçdaroğlu ilə Paşinyanın müqayisəsi: Rusiyadan baxış

Kılıçdaroğlu ilə Paşinyanın müqayisəsi: Rusiyadan baxış



ABŞ nə Kılıçdaroğlunu, nə də Paşinyanı qidalandıracaq.

Publika.az xəbər verir ki, Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski NEWS.am-in (Ermənistan) müxbirinə müsahibəsində Kılıçdaroğlu və Paşinyanın hər ikisinin amerikapərəst olmasından bəhs edib. O, bildirib ki, bu amil hər iki siyasətçiyə baha başa oturacaq.

“Kılıçdaroğlu artıq Rusiya ilə münasibətləri çətinləşdirməyə hazırlaşır. Bu, Türkiyə iqtisadiyyatına böyük zərbə olacaq və Türkiyə Amerikadan qidalana bilməyəcək. Paşinyan isə Rusiya ilə münasibətləri çoxdan mürəkkəbləşdirib. Nəticədə Ermənistan da Rusiyanın verdiyi hər şeydən məhrum olacaq", - Satanovski vurğulayıb.

"Ola bilər ki, Qılıçdaroğlu və Paşinyan bununla razılaşsınlar. Bəs bu, Ermənistanda yaşayan bütün digər insanlar üçün böyük sevinc və nikbinlik məsələsidirmi? Mən əmin deyiləm”, - Satanovski əlavə edib

Oxşar xəbərlər