Flora Kərimova bu gün evə buraxılır: "Səhhəti də yaxşıdır, kefi də..."
Bu gün, 13:13
553

Flora Kərimova bu gün evə buraxılır: "Səhhəti də yaxşıdır, kefi də..."

 
Səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilən Xalq artisti Flora Kərimova bu gün evə buraxılacaq.
Bu barədə onun köməkçisi Əli Davud məlumat verib. Onun sözlərinə görə, F.Kərimova həkimlərin müalicəsi sayəsində hazırda özünü yaxşı hiss edir: 
"Bu gün günorta saatlarından sonra artıq Flora xanım evə buraxılacaq. O, özünü yaxşı hiss edir. Səhhəti də, kefi də yaxşıdır".
Qeyd edək ki, 84 yaşlı sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Oxşar xəbərlər