
Ölkə / Cəmiyyət
Bu gün, 14:04
521
Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - 5189 manat
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahədə orta aylıq maaş 4 327,8 manat təşkil edib.
Sektor daxilində fərqlənmə də müşahidə olunur: dövlət müəssisələrində orta aylıq əməkhaqqı 2 530,2 manat olduğu halda, qeyri-dövlət sektorunda bu göstərici 5 189,2 manat səviyyəsinə yüksəlib.
Mədənçıxarma sənayesindən sonra yüksək maaş göstəriciləri maliyyə və sığorta fəaliyyəti, eləcə də informasiya və rabitə sahələrində qeydə alınıb.
Statistik göstəricilər 2026-cı ilin ilk beş ayı üzrə iqtisadi fəaliyyət sahələri və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqını əks etdirir.






