Uşaqlar üçün ayrıca SIM-kart: Valideynlərə yeni hüquq verildi
Dünən, 22:17
537

Uşaqlar üçün ayrıca SIM-kart: Valideynlərə yeni hüquq verildi

 
Rusiyada uşaqlar üçün nəzərdə tutulan xüsusi SIM-kart mexanizmi tətbiq olunacaq. 
Bu barədə qərar Rusiya Federasiya Şurası tərəfindən təsdiqlənib.
Məlumata görə, yeni norma kiberdələduzluğa qarşı tədbirlər paketinin ikinci mərhələsi çərçivəsində qəbul edilib.
Qanuna əsasən, valideynlər öz adlarına rəsmiləşdirilmiş SIM-kartı övladlarına verdikdə bu barədə mobil operatora məlumat təqdim edə biləcəklər. Bundan sonra həmin nömrə rəsmi şəkildə “uşaq SIM-kartı” statusu alacaq.
Bildirilib ki, belə SIM-kartlar üzrə rabitə xidmətlərinin göstərilməsi qaydalarını ayrıca olaraq Rusiya hökuməti müəyyən edəcək.

Oxşar xəbərlər