
Hadisə
1-05-2023, 11:42
116
Həftəsonu 11 yol qəzası olub, 16 nəfər ölüb

Həftəsonu Azərbaycanda 11 yol qəzası olub, 16 nəfər ölüb Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 29-30-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 16 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.