Sabunçuda 54 yaşlı kişini avtomobil vurub
24-04-2023, 16:05
142

Sabunçuda 54 yaşlı kişini avtomobil vurub




Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Nəsirov Malik Əjdər oğlunu vurub.
Müayinə zamanı ona sol körpücük sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər