
Dünya
14-01-2026, 10:43
56
Ukrayna bu gecə də rusların yuxusunu qaçırdı
Dünən gecə Rusiya bölgələri üzərində 48 Ukrayna dronu vurulub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bu müddət ərzində Rostov vilayəti üzərində 25 PUA vurulub. Stavropol vilayəti üzərində isə daha 13 dron məhv edilib.
Bryansk bölgəsi üzərində 5, Krım üzərində 3, Belqorod və Kursk bölgələri üzərində isə 1 pilotsuz təyyarə zərərsizləşdirilib.





