"Fransa Prezidenti Emmanuel Makronun noyabrın 19-u keçiriləcək Frankofoniya Təşkilatının 18-ci Zirvə görüşü ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng etməsi və həmin görüş çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verməsi bir növ Fransa dövlətinin rəhbərlərinin öz günahlarını yumaq xarakteri daşıyır. Digər tərəfdən, Makron həm də nəzərə çatdırmaq istəyir ki, o, Azərbaycan - Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına laqeyd deyil və bu prosesdə özünü görmək, iştirakçı olduğunu sübuta yetirmək niyyətindədir".
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputat qeyd edib ki, Makronu narahat edən Prezident İlham Əliyevin Əlcəzair Zirvə Toplantısında Fransanın ünvanına söylədiyi kəskin ifadələr, fransızların 1,5 milyondan çox əlcəzairlinin amansızcasına qətlə yetirilmələri barədə öz mövqeyini dünyaya bəyan etməsidir:
"Bu zəng əlbəttə ki, müsbət mənada qəbul edilə bilməz. Çünki Makronun ermənipərəst mövqeyi, uzun illər Ermənistanın tərəfində olması və son dəfə dördtərəfli görüşdən sonra Fransa televizaysında çıxışı zamanı Azərbaycana qarşı son dərəcə qərəzli mövqe tutması, hədə-qorxu gəlməsi, Ermənistanın mövqeyindən çıxış etməsi onun xəyənatkar, düşmən xislətini üzə çıxardı və xalqımızı son dərəcə hiddətləndirdi. Əlbəttə ki, Makronun səmimiyyətinə, onun rənglərinə inanmaq olmaz. Bu zəng bilavasitə gündəmdə qalmaq, Ermənistana məndə ortada varam deyə təskinlik vermək üçündür. Azərbaycanın, Prezidentimizin mövqeyi isə birmənalı və qətidir. Bu mövqe Əlcəzairdə, xüsusilə də Şuşa şəhərində qəti şəkildə bildirildi.
Dövlətimizin rəhbəri Ermənistanı sülhə dəvət etməklə bərabər yenə də bildirdi ki, ermənilər heç bir dövlətə bel bağlamamasınlar, onların saxta vədlərinə inanmasınlar, sülhə gəlsinlər. Əks təqdirdə Ermənistanı daha acınacaqlı gələcək gözləyir. Bu bəyanat sözsüz ki, təkcə Ermənistana deyil, onun havadarlarına, ən başlıcası Fransaya bir mesajdır. Çünki Azərbaycan qalibdir, güclüdür, heç bir dövlətdən qorxusu yoxdur. O müstəqil siyasət yeritməyə, lazım olsa güc göstərməyə və hər an öz sözünü ən mötəbər tribunalardan deməyə qadirdir. Niyyəti sülh, əminamanlıq, bərabərlik, haqq və ədalətdir. Heç kimin torpağını işğal etməyib və etmək niyyəti yoxdur. Belə olan halda Fransa və Ermənistan kimi təcavüzkar ölkələrdən çəkinmək söz, saxlamaq yersizdir. Azərbaycan sözünü deyib və deyəcək. Düşmənlərimizi qorxudan, təşvişə salan, zəng etməyə vadar edən də məhz budur".
Oxşar xəbərlər
Son Xəbərlər
-
Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
-
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
-
Rusiya Türkiyə şirkətinə məxsus gəmiyə hücum etdi - 5 ölü
-
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
-
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
-
“Qızıl top”a namizədlərin əmsalları yeniləndi - Lider kimdir?
-
İzmit bələdiyyəsində əməliyyat: Sədr və həyat yoldaşı saxlanıldı
-
Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yenə də vuruldu
-
Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir
-
Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır
-
Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
-
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
-
Venesuelada ölənlərin sayı sürətlə artır
-
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
-
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
-
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
-
Süni intellektlə həyata keçirilən kiberhücumlar artır
-
"Coca-Cola"-nın sirri: Dünyanın ən məşhur içkisi necə narkotik tərkibli "dərman" kimi yaranıb?" - "Space Daily"
-
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
13:05 -
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
13:04 -
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
13:02 -
Rusiya Türkiyə şirkətinə məxsus gəmiyə hücum etdi - 5 ölü
13:03 -
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
13:01
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
13:05 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -