
Dünya
23-03-2025, 23:59
39
Bu üç ölkə İrana söz verdi: sanksiyaların ləğvi üçün kömək edəcəklər

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Biz üç Avropa ölkəsi ilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı əsasında eyni düstura gəlmək, həmçinin nüvə proqramına etimadı gücləndirmək və Qərb ölkələrinin sanksiyaları ləğv etmək üçün danışıqlar aparırıq. Bu sanksiyalar avropalıların yox, amerikalıların əlindədir. Avropalılar bu məsələdə amerikalılarla mübarizə aparacaqlarını deyirlər”, - deyə nazir bildirib.