
Dünya / Siyasət
11-03-2025, 15:03
28
ABŞ-dan etiraf gəldi: Rusiya Ukrayna müharibəsində bizi məğlub etdi

Amerikalı jurnalist Taker Karlson həmkarı Kris Kuomo ilə müsahibəsində bildirib ki, Vaşinqtonun Kiyev rejiminə göstərdiyi bütün hərbi yardımlara baxmayaraq, Rusiya Ukrayna münaqişəsində ABŞ-ı məğlub edib.
“Rusiya qalib gəldi. Bizi uddular. Əgər fikir vermisinizsə, Rusiya ABŞ da daxil olmaqla NATO-nu dördə bir nisbətində geridə qoyur. Beləliklə, biz müharibəni uduzduq və güc mövqeyindən danışıqlar aparmırıq. Bu, bizim üçün dəhşətli bir şeydir. Ukraynaya hərbi yardım, kəşfiyyat dəstəyi və bir çox ABŞ muzdlularının Ukrayna ordusunun tərəfində vuruşmasına baxmayaraq, ABŞ münaqişə zamanı öz zəifliyini nümayiş etdirib”,- amerikalı jurnalist deyib.