
Dünya / Siyasət
10-02-2025, 21:04
33
Pezeşkianın Azərbaycana səfərə dəvət edilməsinin məqsədi açıqlandı

Bunu Baş nazirin müavini Şahin Mustafayev İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə keçirilən tədbirdə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması və dövlət suverenliyimizin tam bərpası ilə regionda daha fəal əməkdaşlıq üçün əlverişli mühit yaradıb:
"Yeni yaranan reallıqlar fonunda Azərbaycan-İran əməkdaşlığı müsbət dinamika qazanıb, müxtəlif sahələrdə birgə həyata keçirilən layihələrin icrası yeni mərhələyə qədəm qoyub.
Xüsusi vurğulanmalıdır ki, hər iki ölkənin prezidentləri Azərbaycan-İran münasibətlərinə böyük önəm verir və eyni mövqedən çıxış edirlər ki, əlaqələrimizin gələcək inkişafına dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.
Prezident İlham Əliyevin Azərbaycan-İran əlaqələrinə verdiyi əhəmiyyətin bariz nümunələrindən biri onun bu günədək İrana yeddi dəfə səfər etməsidir".