Dünya
20-07-2024, 13:41
55
Zelenskidən vacib AÇIQLAMA: ilin sonunadək müharibənin qaynar mərhələsi...
Ukrayna müharibənin qaynar mərhələsinə son qoya bilər. Bunun 2024-cü ilin sonuna qədər baş verməsi mümkündür.
Publika.az xəbər verir ki, bunu "BBC"yə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“İnanıram ki, biz bir olsaq və sülh sammiti formatına əməl etsək, müharibənin qaynar mərhələsinə son qoymaq mümkündür. Bu ilin sonuna qədər bunu başa çatdırmağa cəhd edə bilərik", - o vurğulayıb.
Zelenski qeyd edib ki, plan tərəfdaşlarla ortaq olmalıdır.
“Bu, bizim bütün əraziləri güc yolu ilə geriyə qaytarmağımız anlamına gəlmir. Hesab edirəm ki, burada diplomatiyanın gücü kömək edə bilər”, - deyə dövlət başçısı bildirib.