Putinin Türkiyəyə səfəri niyə baş tutmur? - Kreml açıqladı
7-06-2024, 09:47
17

Putinin Türkiyəyə səfəri niyə baş tutmur? - Kreml açıqladı





Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin hələ də baş tutmamasının səbəbi açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.

Peskovun sözlərinə görə, Putin və Türkiyə prezidenti Rəcəb Ərdoğanın qrafiki eyni deyil. Onun sözlərinə görə, səfərin ölkələr arasında münasibətlərin pisləşməsi səbəbindən təxirə salınması ilə bağlı fikirlər yanlışdır.

Peskov jurnalistlərə deyib: “Prezidentlərin cədvəllərini birləşdirmək mümkün olmadı, lakin yüksək səviyyəli təmaslar çox yaxın vaxtlarda davam edəcək”.

Onun sözlərinə görə, bu cür təmaslara hazırlıq daim aparılır.

Oxşar xəbərlər