Rusiya Ukraynaya genişmiqyaslı hava hücumuna başladı
11-04-2024, 13:30
48

Rusiya Ukraynaya genişmiqyaslı hava hücumuna başladı




Rusiya ordusu Ukraynanın Xarkov, Dnepropetrovsk və Odessa vilayətlərinə genişmiqyaslı hava hücumlarına başlayıb.

Publika.az xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, həmin bölgələrə PUA-lardan hücumlar edilir.

Bəzi şəhərlərdə partlayış səsləri eşidilir, hava həyəcan siqnalları davam edir.

Hücumlar nəticəsində dəyən ziyan və insan tələfatı barədə hələlik məlumat verilməyib.

Oxşar xəbərlər