Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR
25-03-2024, 15:10
16

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR




“Crocus City Hall”da terror aktının təşkilatçıları eyni vaxtda Mərkəzi Asiya ölkələrindən birində növbəti terror aktı hazırlayıblarmış, lakin onun qarşısı alınıb.

Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” mənbəyə istinadən yazıb.

“İzvestiya”nın həmsöhbəti terror aktının hazırlandığı ölkənin adını çəkməsə də, bunun Moskvadakı hücumla eyni vaxtda baş verməli olduğunu qeyd edib. Mənbə Moskvada terror aktına hazırlığın əvvəllər məlum olmayan təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, cinayətkarlar konsert zalını adi benzinlə yandırıblar.

“Crocus” yolunda yanacaqdoldurma məntəqəsində dayanıb benzin alıb plastik butulkalara töküblər. Bundan sonra zalı yandırmaq üçün istifadə etdilər”, - “İzvestiya”nın həmsöhbəti izah edib.

O əlavə edib ki, qrup klassik mənada mütəşəkkil terror təşkilatı deyil - o, heç bir struktur çərçivəsində mövcud olmayıb, sözün əsl mənasında terror aktından bir neçə həftə əvvəl yaranıb. “İzvestiya”nın həmsöhbəti bildirib ki, onun iştirakçılarından ikisi Türkiyəyə səfər edərkən təlimat alıb, qalanları isə Rusiya ərazisində təlimatlandırılıb.

Oxşar xəbərlər