Bu ölkə turistlərə pul paylayacaq
24-02-2023, 08:55
131

Bu ölkə turistlərə pul paylayacaq



 Koronavirus pandemiyasının təsirilə zəifləyən turizm sahəsini canlandırmaq istəyən Tayvanda maraqlı qərarlar qəbul edilib.  OXU24.COM  xarici mediaya istinadən bildirir ki, hökumət ölkəyə gələn hər turistə pul verməyi planlaşdırır.  

Turizm, Nəqliyyat və Kommunikasiyalar naziri Vanq Kvo-tsai pandemiya sonrası təşviq planı üçün büdcədən 380 milyard yeni Tayvan dolarının ayrıldığını söyləyib. Turizm sektorunun bərpasını sürətləndirmək üçün xarici turistləri Tayvana səyahətə təşviq etmək istədiklərini ifadə edən nazir, turistlərə güzəştlər ediləcəyini və otellərin doluluq səviyyəsini hədəflənən rəqəmlərə çatdıracaqlarını qeyd edib.  Nazir bildirib ki, otel xidmətlərini yaxşılaşdırmaq üçün də tədbirlər görüləcək. Belə ki, işəgötürənlərdən hotel işçilərinin maaşını müəyyən səviyyəyə qaldırmaları tələb olunacaq, bu tələbə əməl edənlər hər işçiyə görə nazirlikdən ayda 5 min yeni Tayvan dolları miqdarında yardım ala biləcəklər. 

Oxşar xəbərlər