Rusiyanı çökdürmək üçün yeni qərar verildi: Türkiyə də cəlb edilir
13-12-2022, 17:04
48

Rusiyanı çökdürmək üçün yeni qərar verildi: Türkiyə də cəlb edilir





Aİ-nin yeni nümayəndəsi Türkiyəni Rusiya əleyhinə sanksiyalara əməl etməyə çağıracaq
Avropa İttifaqı Türkiyə də daxil olmaqla, bir səra ölkələrdə Rusiyaya qarşı daha sərt məhdudlaşdırıcı tədbirlərin görülməsinə təkan verəcək yeni sanksiya elçisi vəzifəsini təqdim etmək qərarına gəlib.
Aİ-nin ABŞ-dakı keçmiş səfiri Devid O'Sullivana elçi vəzifəsi təklif olunub.
Bu barədə  Financial Times-a məlumatlı mənbələrdən məlumat daxil olub.
 
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Avropa Komissiyası onun namizədliyini dekabrın 13-də təsdiq edəcək. Bu vəzifədə o, bütün dünyada Aİ sanksiyalarına tam əməl olunmasını təmin etmək üçün Brüsselin  görəcəyi işlərə  rəhbərlik edəcək.

Oxşar xəbərlər