
Dünya / Mədəniyyət
Dünən, 21:36
524
Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək

Avropa Yayım Birliyi və Kanada Yayım Korporasiyası Kanadanın 2027-ci il “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcəyini açıqlayıb.
Təşkilatlar bununla bağlı birgə bəyanat yayıb.
Bəyanata əsasən, bu qərarın verilməsi Kanada Yayım Korporasiyasının Avropa Yayım Birliyinə tamhüquqlu üzv qəbul edilməsindən sonra mümkün olub.
Qeyd edək ki, Kanada 2015-ci ildə “Avroviziya”ya qoşulan Avstraliyadan sonra müsabiqədə iştirak edən ilk yeni ölkə olacaq. Kanada təmsilçisi 2027-ci ildə Bolqarıstanda keçiriləcək müsabiqənin yarımfinalında çıxış edəcək.

