Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
Dünən, 22:35
532

Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər

 
Rusiyanın nisbətən isti bölgələrindən sayılan və turizm baxımından perspektivli olan Anapaya hələ də yay gəlməyib. 
Krasnodar Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Mərkəzinin əməkdaşı bölgəyə "yay havası"nın gələn ayın əvvəlində gələcəyini proqnozlaşdırıb.
Məlumatda deyilir: "İlkin proqnozlara görə, Anapada "yay havası" iyulun əvvəlində başlamalıdır".
Mərkəz gələn aya qədər kurortda yağıntıların bitəcəyi və isti havaların başlayacağını proqnozlaşdırır. Qeyd edilib ki, yaxın günlərdə hava şəraitində heç bir yaxşılaşma gözlənilmir. Krasnodar ərazisində lokal leysan, ildırım çaxması və mütəmadi külək əsməsi mümkündür.

Oxşar xəbərlər