Ermənistan istehsalı olan bəzi içkilər Rusiyada qadağan edildi
23-05-2026, 13:00
37

Ermənistan istehsalı olan bəzi içkilər Rusiyada qadağan edildi

 
Rusiyada satışda olan spirtli içkilərlə bağlı yoxlamalar aparıb. Yoxlamalar zamanı Ermənistanda istehsal olunan bəzi alkoqollu məhsulların keyfiyyət standartlarına uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən həmin məhsulların satışının dayandırılması barədə qərar qəbul olunub.
Qurumun açıqlamasına əsasən, keyfiyyət tələblərinə cavab verməyən içkilər "Vedi-Alco, Abovyan Brandy Factory və Shahnazaryan Wine-Brandy House" şirkətləri tərəfindən istehsal olunub.
"Rospotrebnadzor" idxalçı şirkətlərə və ticarət obyektlərinə həmin məhsulların satışdan çıxarılması və dövriyyəsinin dayandırılması ilə bağlı müvafiq göstərişlər göndərib. 

Oxşar xəbərlər