
Dünya / Siyasət
11-04-2026, 12:44
51
Hörmüz boğazı nə vaxt açılacaq?
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün açılacağını bildirib.
O, bu barədə jurnalistlərlə söhbətində deyib.
Tramp qeyd edib ki, boğazın açılması asan olmayacaq, lakin bunun tezliklə baş verəcəyini düşünür.
Onun sözlərinə görə, bu marşrutdan əsasən digər ölkələr istifadə edir və onun açılmasına da məhz onlar kömək edəcəklər.





