
Dünya / Siyasət
19-03-2026, 09:44
39
İranda yeni təyinatlar: Laricaninin və Xətibin yerinə onlar gətirildi - Foto
İranda mühüm dövlət vəzifələrinə yeni təyinatlar reallaşıb.
Öldürülən Əli Laricaninin yerinə Ali Milli Təhlükəsizlik Şurasının katibi postuna Hüseyn Dehqan təyin edilib.
Qeyd edək ki, Hüseyn Dehqan bundan əvvəl ölkənin müdafiə naziri və İranın Ali rəhbərinin müdafiə sənayesi məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

Sui-qəsd nəticəsində həlak olmuş İsmayıl Xətibin yerinə Mustafa Purməhəmmədi yeni kəşfiyyat və milli təhlükəsizlik naziri təyin olunub.

Bu barədə məlumatı İranın müxalif media resursları yayıb. (Musavat.com)





