Dünyada ən çox balistik raketə sahib ölkələr: Azərbaycanın yeri...
10-03-2026, 10:27
47

Dünyada ən çox balistik raketə sahib ölkələr: Azərbaycanın yeri...

 
Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda, ölkələrin ballistik raket ehtiyatları yenidən gündəmə gəlib. Dünyada bu sahədə ciddi bir silahlanma yarışı müşahidə olunur.
Balistik raketlər nüvə, kimyəvi və bioloji başlıqlar daşıya bilən, uzaq mənzilli idarə olunan və ya olunmayan raketlərdir. Onlar hədəfə doğru trayektoriya üzrə hərəkət edirlər və mühərrikli uçuşda aerodinamik olaraq idarə olunan qanadlı raketlərdən fərqlənirlər.
Raketlərin növləri və mənzilləri
Taktiki balistik raket: 150 - 300 km
Qısa mənzilli (SRBM): 300 - 1.000 km
Orta mənzilli (MRBM): 1.000 - 3.500 km
Uzaq mənzilli (IRBM): 3.500 - 5.500 km
Qitələrarası (ICBM): 5.500 km-dən çox
Dünya Reytinqi (TOP 27)
Siyahıda ölkələr sahib olduqları raket sayına görə sıralanır:
SıraÖlkəRaket SayıQeyd (Mənzil / Model)
1ÇİN310013.000 km mənzil
2RUSİYA140011.000 km mənzil
3ABŞ130016.000 km mənzil
4Şimali Koreya1000 
5İsrail850 
6İran800 
7TÜRKİYƏ322Tayfun, Bora, Yıldırım
8Cənubi Koreya190800 km mənzil
9Misir190 
10Yunanıstan165300 km mənzil
11Pakistan1262.500 km mənzil
12Belarus98300 km mənzil
13Hindistan8010.000 km mənzil
14Böyük Britaniya6412.000 km mənzil
15Fransa646.000 km mənzil
16Səudiyyə Ərəbistanı40 
17Vyetnam24 
18İraq18 
19Yəmən18 
20Rumıniya16 
21Türkmənistan16 
22Ermənistan16 
23Bəhreyn9 
24BƏƏ6 
25Slovakiya6 
26AZƏRBAYCAN4 
27Liviya3 
Türkiyə 322 raketlə dünya siyahısında 7-ci sırada yer alaraq bir çox Avropa və Yaxın Şərq ölkəsini geridə qoyub. Türkiyənin arsenalında həm ABŞ istehsalı, həm də özünün istehsal etdiyi yüksək texnologiyalı raketlər yer alır:
Tayfun: Türkiyənin ən uzun mənzilli yerli balistik raketi.
Bora - 1: Yüksək dəqiqlikli zərbə raketi.
J-600T Yıldırım (I və II): Taktiki balistik raketlər.
ATACMS Block 1: ABŞ istehsalı olan raketlər.
Azərbaycan isə 4 ədəd rəsmi qeydə alınmış ballistik raket sistemi ilə siyahının 26-cı pilləsində qərarlaşıb.

Oxşar xəbərlər