
Dünya
5-02-2026, 11:01
48
Bir gün ərzində Günəşdə 15 partlayış oldu - Nə baş verir?
4 fevralda Günəşdə 15 partlayış baş verib.
Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, 14 M sinifli və bir X sinifli partlayış qeydə alınıb.
Son partlayış Bakı vaxtı ilə saat 19:34-də baş verib və 25 dəqiqə davam edib.
Alimlər "X" sinifli Günəş partlayışından sonra qütb parıltılarının görünəcəyini proqnozlaşdırıblar.
