Günəşdə ən yüksək səviyyədə PARTLAYIŞ
28-05-2024, 10:00
105

Günəşdə ən yüksək səviyyədə PARTLAYIŞ




Mayın 27-də Günəşdə ən yüksək güc sinfi olan X səviyyəsində partlayış qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun alimləri məlumat yayıblar.

Məlumata görə, Bakı vaxtı ilə 11:08-də rentgen diapazonunda 36 dəqiqə davam edən X2.9 partlayışı qeydə alınıb.

Bu Günəş aktivliyi qısa dalğalı radio rabitəsində fasilələrə səbəb olub.

Oxşar xəbərlər