Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
20-01-2026, 11:34
43

Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı

 
Yer kürəsinin yaxınlığında son 25 ilin ən güclü radiasiya qasırğası qeydə alınıb.
Bu barədə yanvarın 19-da axşam saatlarında Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Məlumata görə, Yer kürəsinin yaxınlığında S4 səviyyəli radiasiya qsırğası başlayıb.
"Son 25 ildir ilk dəfə olaraq Yer kürəsinin yaxınlığında S4 səviyyəli radiasiya qasırğası baş verir! S5 səviyyəli radiasiya yalnız nəzəri olaraq mövcuddur və müasir müşahidə tarixində heç vaxt qeydə alınmayıb", - deyə bildirilib.

Oxşar xəbərlər