
Cəmiyyət
15-12-2025, 09:58
80
Cari ilin 10 ayında ölkədə əhali artımı yavaşlayıb, ölənlərin sayı isə artıb
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 32 min 109 nəfər və ya 0.3 faiz artaraq 2025-ci il noyabrın 1-i vəziyyətinə 10 milyon 256 min 998 nəfərə çatıb.
Ölkə əhalisinin 54.4 faizi şəhər, 45.6 faizi kənd sakinlərinin payına düşür. Əhalinin 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-oktyabr aylarında əhalinin təbii artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 min 282 nəfər azalıb. Təbii artım hər 1 000 nəfərə düşən əhali üzrə 2024-cü ildə 4.3 olduğu halda, 2025-ci ildə 3.7-yə enib.

Cari ilin 10 ayı ərzində ölkədə 49 min 846 ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 810 nəfər artıb. Ölüm səviyyəsi hər 1 000 nəfərə görə dəyişməyərək 5.8 səviyyəsində qalıb.
Eyni zamanda, yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 min 739 nikah və 17 min 254 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər 1 000 nəfərə düşən nikahların sayı 4.9-dan 4.8-ə, boşanmaların sayı isə 2.1-dən 2.0-a enib.

