Bakıda silahlı insident: İki nəfər güllələndi
16-10-2025, 12:47
88

Bakıda silahlı insident: İki nəfər güllələndi

 Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.

Bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatları araşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.

Oxşar xəbərlər