
Ölkə
4-07-2023, 09:31
81
Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.
1999-cu il təvəllüdlü Murad Məhəmməd oğlu Nəciyev tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.