Cəmiyyət
31-05-2025, 19:04
118
Kəlbəcər sakini Goranboyda minaya düşdü
Hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Q. Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Məlumata görə, Q. Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.



