
Cəmiyyət
6-04-2025, 22:31
6
Yaxın gələcəkdə insanlar 100 ildən çox yaşayacaqlar

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskvadakı ofisinin rəhbəri Batır Berdıklıçev deyib.
Onun sözlərinə görə, bu gün bütün dünyada insanların ömrü uzanıb:
"Profilaktikanın müasir metodları, qidalanmanın yaxşılaşması, daha yaxşı həyat, iş şəraiti, tibbi yardımın əlçatanlığı orta ömür uzunluğunun artmasına təsir göstərib".
ÜST nümayəndəsi əlavə edib ki, 2020-ci ildən 2050-ci ilədək dünyada 80 və daha yuxarı yaşda olan insanların sayı üç dəfə artaraq, 426 milyon nəfərə çatacaq.