
Cəmiyyət
Bu gün, 12:27
577
Səhər yeməyinə hansı qidanı əlavə etmək lazımdır? - Kardioloqdan məsləhət
Kardioloq Sara Aleksander səhər yeməyinə avokadonu əlavə etməyi məsləhət görüb.
Bu barədə o, "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.
Sara Aleksander bu qidanın ürək üçün faydalarından bəhs edib.
Mütəxəssis qeyd edib ki, avokado xolesterin səviyyəsinin aşağı düşməsinə və normal qan təzyiqinin qorunmasına kömək edir. Araşdırmalara görə, həftədə ən azı iki avokado yeyən insanlarda ürək-damar xəstəlikləri və ürəyin işemik xəstəliyinə daha az rast gəlinir.
Həkim qeyd edib ki, avokadonun faydalı xüsusiyyətləri onun tərkibindəki bitki sterolları ilə əlaqəlidir. Bu maddə xolesterinin səviyyəsini aşağı salır və bu yolla da ürək-damar xəstəliklərinin profilaktikasına kömək edir. Bundan əlavə, bu meyvənin ətində antioksidantlar, E vitamini və damarların sağlamlığını dəstəkləyən digər zəngin mikro və makronutrientlər mövcuddur.
Sara Aleksander meyvənin daha bir üstünlüyü kimi onun yüksək lif tərkibinə malik olmasını göstərib. Yarım avokado tövsiyə olunan gündəlik qida lifləri normasının təxminən dörddəbirini təmin edir. Həmçinin onun tərkibində bananda olduğundan daha çox kalium var ki, bu da orqanizmə artıq duzun qan təzyiqinə mənfi təsirlərinin qarşısını almağa kömək edir.




