
Siyasət
23-09-2025, 10:13
102
Ərdoğan Ukrayna ilə bağlı pis xəbəri çatdırdı: Müharibə tezliklə...
Ukraynada müharibə tezliklə bitməyəcək. Bu, yaxşı xəbər deyil.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fox News”a müsahibəsində bildirib.
"Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmıram. Bu, yaxşı xəbər deyil", - o deyib.
Ərdoğan həmçinin əmindir ki, Avropa Ukraynaya həmişəlik iqtisadi yardım göstərə bilməyəcək və Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz.
"Amma ümid edirik ki, bu dəstək davam edəcək", - prezident qeyd edib.


