Siyasət
23-01-2025, 11:03
121
Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesi başladı: Bu işlər görülür
Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Məlumata görə, sərhədin şimal istiqamətində delimitasiyanın davam etdirilməsi dünəndən etibarən başlayıb.
“Tavuşdan bizə bildirdilər ki, sərhədlərin müəyyənləşdirilməsi işlərinə dünəndən start verilib. Dünən bir neçə saat ərzində tərəflər ölçmə işlərini həyata keçirilbər”, - nəşr yazır.
Qeyd edək ki, razılaşmaya görə delimitasiya “şimaldan cənuba doğru” aparılacaq. Ötən il Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində 12 kilometrlik hissə delimitasiya edilib. Hazırda bu istiqamətində proses davam etdirilir.
