
Siyasət
25-09-2024, 09:54
87
Türkiyə Prezidenti: "Azərbaycanla Ermənistan arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edirik"

"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Ankara tərəflər arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edir:
"Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması bizimlə Ermənistan arasında əlaqələrə də təsir edəcək".