Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub
5-09-2024, 11:53
57

Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub



Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən

Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.

Oxşar xəbərlər