Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Azər Ələkbərov vəzifəsini vicdanla yerinə yetirən polis zabitidir
22-01-2024, 15:31
476

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Azər Ələkbərov vəzifəsini vicdanla yerinə yetirən polis zabitidir

Şanlı Azərbaycan polisinin keçmişinə nəzər salanda onların çətin , məsuliyyətli və şərəfli bir ömür yolu keçmələrinin şahidi oluruq . İstər Sovetlər dönəmində , istərsədə müstəqillik illərində Azərbaycan polisi hər zaman öz çevikliyi , qabiliyyəti , bacarığı ilə seçilib . Həm hüquqi savadına , həmdə kriminalogiya sahəsində bilgilərinə görə daim öndə gedib . Məhs onun bariz nümunəsidir ki , baş vermiş cinayətlərin isti izlərlə açılmasında cinayətkarların tutularaq cinayət məsuliyyətinə cəlb olunmasında Azərbaycan polisinin əməyi danılmazdır .Şükürlər olsun ki , Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında bu tendensiya bu gündə davam edir .
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Azər Ələkbərov bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Azər Ələkbərov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Azər Ələkbərov özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Azər Ələkbərovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Hər kəsə bəllidir ki, Azər müəllim yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Azər müəllim bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Azər Ələkbərovun həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə rəislərimizlə qürur duymuşuq , fəxr etmişik.
Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Azər Ələkbərov peşəkar nümunəvi polis zabiti kimi hər zaman Cənab nazir Vilayət Eyvazovun tapşırıqlarını vicdanla yerinə yetirən , qanunların aliliyinə riayət edən əsl polis zabitidir .
O hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa - Millətə Qanunların aliliyinə və Ulu Öndərin ideyalarına , onun siyasi kursuna sədaqətlə - fəxarətlə xidmət edən dəyərli Azərbaycan vətəndaşıdır .

Oxşar xəbərlər