
Ölkə / Cəmiyyət
11-09-2023, 14:24
29
Şəki Şəhər İcra Hakimiyyəti başçısının Böyük Dəhnə Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məmmədkərimov Rüstəm vəzifəsindən sui istifadə edir

Redaksiya olaraq nəzərinizə çatdırmaq istəyirik ki, bu gün haqqında danışmaq istədiyimiz şəxs Şəki Şəhər İcra Hakimiyyəti başçısının Böyük Dəhnə Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məmmədkərimov Rüstəm müəllimdir.
Ümumiyyətlə qeyd etmək istəyirik ki, kənd sakinləri dəfələrlə Rüstəm müəllim barəsində şikayət etmişlər. Bu şəxs öz işinə məsuliyyətsiz yanaşır, üzərinə düşən öhdəlikləri icra edə bilmir.
Redaksiya olaraq dəfələrlə Rüstəm müəllimin oturduğu idarəyə baş çəkmişik, amma təəssüflər olsun ki, bir dəfə belə olsun onu tapa bilməmişik. Qapısı bağlı olur demək olar ki.
Maraqlısı budur ki, Rüstəm müəllim və onun timsalında daha nə qədər belə insanlar varki, ancaq aldıqları maaşı güdürlər. Heç bir iş görmədikləri halda dövlətin onlar üçün ayırdığı maaşı rahatlıqla yeyirlər. Əziz Rüstəm müəllim, insan gərək yediyi pulu haqq etsin. Əfsuslar olsun ki, siz haqq etmədiyiniz pulu çox rahat bir şəkildə yeyirsiniz.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Rüstəm müəllim və onun kimi vəzifəsindən sui istifadə edən şəxslər araşdırılmalı, barələrində ciddi bir tədbir görülməlidir.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.