Laçında 2 tondan çox çətənə kolu məhv EDİLDİ
11-06-2023, 11:36
103

Laçında 2 tondan çox çətənə kolu məhv EDİLDİ




Laçında 2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Malıbəy kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

Həmin ərazidə yabanı halda bitən çəkisi 2 ton 850 kiloqram olan 5100 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib

Oxşar xəbərlər