
Dünya / Siyasət
26-01-2025, 10:56
61
Lukaşenko: "Azərbaycanı dəstəklədiyim üçün məndən inciyirlər"

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinin ölkəsinə qarşı incikliyindən danışarkən bildirib.
"Faktiki olaraq Azərbaycan və Ermənistan liderləri arasında vasitəçi kimi çıxış edərək ərazi mübahisəsinin sülh yolu ilə həllinə yardım etməyə çalışırdım. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq və investisiyalar təklif etdi. Əliyevin Ermənistanla döyüşmək məqsədi belə yox idi”, - deyə Lukaşenko qeyd edib.