
Dünya
30-03-2026, 11:37
30
İtaliyada milyonlarla avroluq rəsm əsərləri oğurlandı
İtaliyanın Parma şəhəri yaxınlığındakı Manyani-Rokka Fondunun muzeyindən Renuar, Sezanna və Matissenin rəsmləri də daxil olmaqla üç sənət əsəri oğurlanıb.
Oğurluq hadisəsi martın 22-dən 23-ə keçən gecə baş verib.
Cinayətkarlar Luigi Manyaninin şəxsi kolleksiyasının yerləşdiyi Manyani villasının giriş qapısını sındırıblar. Pyer-Ogüst Renuarın "Balıqlar", Pol Sezannanın "Albalılı natürmort" və Anri Matissenin "Terrasdakı xanım" akvarel rəsmləri oğurlanıb. Bu əsərlərin dəyəri milyonlarla avro ilə qiymətləndirilir.
Manyani-Rokka Fondu İtaliyanın ən vacib sənət kolleksiyalarından birini saxlayır və bu kolleksiyaya Tisian, Dürer, Rubens, Qoya, Kanova, Mone və digər rəsm ustalarının əsərləri daxildir.




