Dünyanın ən güclü xüsusi təyinatlıları açıqlandı - Siyahı
17-03-2026, 09:55
30

Dünyanın ən güclü xüsusi təyinatlıları açıqlandı - Siyahı

  
Global Firepower 2026 hesabatına görə, dünyanın ən güclü hərbi birləşmələri müəyyən olunub. Türk Silahlı Qüvvələrinin (TSK) "Bordo Berlilər"i siyahıda bir çox dünya nəhəngini geridə qoyaraq ön sıralarda qərarlaşıb.
Beynəlxalq müdafiə analizi qurumları tərəfindən hazırlanan 2026-cı il siyahısında hibrid müharibə qabiliyyəti, operativ uğurlar və texnoloji inteqrasiya meyarları əsas götürülüb. TSK Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının Suriya və İraqdakı uğurlu antiterror əməliyyatları onları dünyanın ən çəkindirici güclərindən birinə çevirib.
Türkiyənin xüsusi təyinatlıları 2026-cı il hesabatında 4-cü yerə yüksəlib. Xüsusilə girovların xilas edilməsi və asimmetrik müharibə sahəsindəki mütəxəssislikləri onları bu zirvəyə daşıyıb.
Aşağıda 2026-cı il üzrə siyahının ilk 10 pilləsində qərarlaşan birləşmələr və onların fərqləndirici xüsusiyyətləri verilib:
SıraÖlkəBirliyin AdıƏsas Xüsusiyyəti
1ABŞNavy SEALs & Delta ForceQuruda, dənizdə və havada çoxşaxəli əməliyyat qabiliyyəti.
2Böyük BritaniyaSAS & SBSDünya standartlarında girov xilasetmə bacarığı.
3RusiyaSpetsnazPartizan (gerilla) müharibəsi texnikaları üzrə mütəxəssis.
4TürkiyəBordo BerlilərSərhədyanı əməliyyatlar və yüksək nizam-intizam.
5İsrailShayetet 13Sualtı sabotaj və dəniz əməliyyatları.
6FransaGIGNXüsusi girov xilasetmə texnikaları.
7KanadaJTF2Məxfi əməliyyat qabiliyyəti.
8AlmaniyaGSG 9Girov xilasetmədə yüksək müvəffəqiyyət dərəcəsi.
9HindistanNSG (Qara Pişiklər)Böyük şəhərlərdə çevik müdaxilə.
10AvstraliyaSASRUzaq mənzilli kəşfiyyat mütəxəssisliyi.
Siyahıda həmçinin Çinin "Snow Leopard" (11-ci yer), Polşanın "JW GROM" (13-cü yer), Pakistanın "SSG" (16-cı yer) və Braziliyanın şəhər daxili qarşıdurmalarda ixtisaslaşmış "BOPE" (19-cu yer) bölmələri də yer alıb. Hesabatda qeyd olunur ki, müasir müharibələrdə artıq təkcə say deyil, həm də texnoloji üstünlük və hibrid müharibə taktikaları həlledici rol oynayır. (Milli.az)

Oxşar xəbərlər