
Dünya
4-02-2026, 10:29
49
Çində insanabənzər robot dünya rekordu müəyyənləşdirdi
Çin istehsalı olan "Bolt" adlı insanabənzər robot eksperimental şəraitdə qaçış cığırında 10 m/s sürət yığaraq dünya rekordu müəyyənləşdirib.
Bu barədə robotun istehsalçısı - Çjetszyan Universiteti yanında fəaliyyət göstərən Hançjou Beynəlxalq Elmi-Texnoloji İnnovasiya Mərkəzi məlumat yayıb.
"Bolt" robotu 2009-cu ildə 100 metr məsafəyə 9.58 saniyə nəticə göstərərək dünya rekordu qıran yamaykalı sprinter Useyn Boltun şərəfinə adlandırılıb.
Sürət yığımı zamanı robot təhlükəsizlik məqsədilə sığorta trosları ilə xüsusi çərçivəyə bərkidilib.



