"Whatsapp"dakı bu "fırıldağı" çox adam bilmir - Xəyanət edənlərin "sirri" ifşa oldu
20-11-2025, 12:04
53

"Whatsapp"dakı bu "fırıldağı" çox adam bilmir - Xəyanət edənlərin "sirri" ifşa oldu

 
"Whatsapp"da mesajları tam gizlətmək mümkündür.
Çoxları "Whatsapp"da mesajları gizlətmək üçün arxivləsə də, mesajları tamamilə görünməz etmək olur.
iPhone-larda kilidlənmiş mesajlara xüsusi kod qoymaqla onları tam gizlətmək imkanı yaranır.
"Whatsapp" çatlarını gizlətmək qaydası:
  • Whatsapp-ı açın
  • Gizlətmək istədiyiniz söhbətə daxil olun
  • Yuxarıda olan adın üzərinə toxunun
  • "Chat Lock" bölməsini seçin
  • Telefonunuzun ekran parolu və ya barmaq izini təsdiqləyin
  • Bloklama açıldıqdan sonra həmin söhbət siyahıdan gizlənir
Xüsusi kodla gizlətmək (Whatsapp-ın yeni funksiyası)
Whatsapp bəzi ölkələrdə gizli söhbətlər üçün ayrıca kod təyin etməyə imkan verir.
  • Tənzimləmələr bölməsinə keçin
  • "Privacy" hissəsini açın
  • "Chat Lock" bölməsinə toxunun
  • "Secret code" seçin
  • Öz kodunuzu yazın
Bu kodu yazmadan gizli söhbətlər heç bir yerdə görünmür.
Qeyd edək ki, bu qaydalar rəsmi Whatsapp funksiyalarıdır və təhlükəsizlik üçündür.

Oxşar xəbərlər