Cəmiyyət
16-05-2025, 17:50
187
Pensiya alanların nəzərinə - Dəyişiklik edilir
Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsinə əsasən, uşaqlara görə və ya digər güzəştli əsaslarla erkən pensiya hüququ qazanan şəxslərin pensiya ödənişləri üçün tələb olunan vəsait dövlət büdcəsindən ayrılacaq.
Dəyişikliklərə əsasən, liliputlar, fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər, 81-100 faiz funksional pozuntuya malik əlillər, ahıllar (70 yaşdan yuxarı şəxslər) və ya 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edənlərin pensiya kapitalı güzəştli şəkildə hesablanacaq. Yeni qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.


