
Cəmiyyət
30-04-2025, 11:01
25
Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb

Bu barədə Səudiyyə Ərəbistanının İmam Məhəmməd bin Səud adına İslam Universitetinin alimləri açıqlama veriblər. Tədqiqatın nəticələri "Cureus" adlı elmi jurnalda dərc olunub.
Mütəxəssislərin bildirdiyinə görə, bu vəziyyət "hipnotik sarsıntı" adlanır və adətən zərərsiz olur. Lakin bəzi hallarda bu hal yuxusuzluq, stres və narahatlıq səviyyəsini artıra bilər. Alimlər hesab edirlər ki, SSRI tərkibli dərmanlar beynin kimyəvi tarazlığını dəyişdirdiyindən bu cür reaksiyalara səbəb ola bilir.
Tədqiqatçılar bildirirlər ki, həkimlər bu yan təsirləri nəzərə alaraq pasiyentlərə düzgün dozada dərman təyin etməlidirlər.
Qeyd edək ki, SSRI üçüncü nəsil antidepressantların farmakoterapevtik qrupuna aiddir və əsasən təşviş pozuntuları ilə depressiyanın müalicəsində istifadə olunur.